Bayramda hava limanından sərnişin axını artıb

   Bayramda hava limanından sərnişin axını artıb
  27 Mart 2024    Oxunub:1104
2024-cü il martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5% üstələyib. 2023-cü ilin eyni dövründə bu rəqəm 91,3 min sərnişin təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.

Ən sıx gün martın 24-də olub və 19 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.

Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.

AzVision.az


Teqlər:





Xəbər lenti