ADPU Şəki filialına yeni direktor təyin edilib

   ADPU Şəki filialına yeni direktor təyin edilib
  27 Mart 2024    Oxunub:927
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, Vurğun Rəhim oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub.
Bu barədə AzVision.az -a Universitetdən xəbər verilib.

Yeni təyinata qədər Vurğun Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.

AzVision.az


Teqlər: ADPU   təyinat  





Xəbər lenti