Şimali Makedoniyada ilk dəfə qadın prezident seçildi

   Şimali Makedoniyada ilk dəfə  qadın prezident seçildi
  09 May 2024    Oxunub:1015
Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda Gordana Silyanovska-Davkova qalib gəlib. O, ölkə tarixində bu vəzifəni tutan ilk qadın olub.
Bülletenlərin hesablanmasından sonra Silyanovska-Davkova səslərin 65,1 faizini, onun rəqibi və Şimali Makedoniyanın hazırkı prezidenti Stevo Pendarovski isə 29,3 faiz səs toplayıb.

Qeyd edək ki, 68 yaşlı hüquq professoru Silyanovska-Davkova müxalif "Daxili Makedoniya inqilabi təşkilatı - Makedoniya Milli Birliyinin Demokratik Partiyası" dan namizədliyini irəli sürüb.

22 partiyadan ibarət “Sizin Makedoniya” koalisiyasının özəyi olan bu partiya prezident seçkiləri ilə eyni vaxtda keçirilən parlament seçkilərində də 43,2% səs toplayaraq qalib gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti