Tokioya uçan təyyarə Bakıya təcili eniş edib

Tokioya uçan təyyarə Bakıya təcili eniş edib
  09 May 2024    Oxunub:946
"Scandinavian Airlines" aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Aeroportun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtla saat 20:56-da Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az


Teqlər: hadisə   hava-limanı   Bakı  





Xəbər lenti