Muxtar Babayev Pakistanda iqlim dəyişikliyi ilə görüş keçirib - FOTO

Muxtar Babayev Pakistanda iqlim dəyişikliyi ilə görüş keçirib -    FOTO
  10 May 2024    Oxunub:969
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) nümayəndələri ilə iqlim dəyişikliyinin nəticələri ilə bağlı müzakirə aparıb.
AzVision.az xəbər verir ki, bu barədə "COP29"un "X" hesabından bildirilib.

"Pakistanda iqlim dəyişikliyinin təsirləri haqqında əhəmiyətli təqdimata görə NDMA-ya təşəkkürümüzü bildiririk. Gələcək nəsillər üçün gücümüzü birləşdirməli, daha "yaşıl dünya" qurmaq üçün çalışmalıyıq", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: COP29   Pakistan   görüş  





Xəbər lenti