"Neftçi" böyük hesabla "Kəpəz"ə qalib gəlib

"Neftçi" böyük hesabla "Kəpəz"ə qalib gəlib
  10 May 2024    Oxunub:849
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
AzVision.az xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub: "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

"Neftçi Arena"da baş tutan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" II pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla VIII yerdə qalıb.

Turun digər görüşləri mayın 11-12-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   futbol   Premyer-Liqa  





Xəbər lenti