Ağ Evdən petisiyaya reaksiya

Ağ Evdən petisiyaya reaksiya
  26 Fevral 2013    Oxunub:1453
Ağ Ev rəsmi saytında yerləşdirilmiş Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi üzrə petisiyalara rəsmi cavab yayıb.
Ona əsasən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin möhkəm və sülh nizamlanmasına sadiqdir.

"ABŞ prezidentinin xüsusi bəyanatının olmadığı zamanda, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında müharibə vaxtı insanların faciəli həlak olması haqqında dərin heyfslənir. Bu bizə xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur və bu münaqişənin yalnız möhkəm və sülh nizamlanması regionda sabitliyi, çiçəklənməni və barışıqları təmin edə bilər.
ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ əvvəlki kimi sülhə nail olması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir", - sənəddə deyilir.

Daha əvvəl Ağ evin rəsmi saytının xüsusi bölməsində Xocalı soyqırımının və Azərbaycan ərazilərinin işğalının tanınması ilə əlaqədar iki petisiya yerləşdirilmişdir. Onlardan hər ikisi ABŞ prezidenti Barak Obama tərəfindən qiymətləndirilməsi üçün imzaların lazımlı sayını (100 000) yığıblar.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.



Teqlər:  





Xəbər lenti