“Obama buna əməl etməli idi”

“Obama buna əməl etməli idi”
  26 Fevral 2013    Oxunub:1654
“ABŞ prezidenti Barak Obamanın Ağ evin rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir.
Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırımına münasibət bildirməli idi”.

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Bahar Muradova deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan öz işini davam etdirməli, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.


Teqlər:





Xəbər lenti