500 müəllimin işdən çıxarılması xəbərinə rəsmi münasibət - (VİDEOXƏBƏR)
AzVision.az-ın məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, yeni tədris ilinin əvvəllində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması haqda yayılan məlumat araşdırılıb.
Nazir müavini vurğulayıb ki, bu məsələ sinif komplektlərinin düzgün olmaması ilə əlaqədardır.
C.Bayramov Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması halının mövcud olmadığını diqqətə çatdırıb: “Bəzi hallarda sinif komplektlərinin - hər bir sinfin açılması üçün müəyyən standartlar var. Sinifin formalaşdırılması üçün gərək 20 şagird olsun. Bundan əlavə sinfin bölünməsi üçün 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu məsələ hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Lakin bunun nəticəsində müəllimlərin ixtisarından söhbət gedə bilməz”.
Aytən Zəhra
AzVision.az