Elman Rüstəmovdan `qara bazar` açıqlaması - (VİDEOXƏBƏR)
AzVision.az-ın məlumatına görə, Elman Rüstəmov vurğulayıb ki, hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə ciddi işlər görülür.
“Bu yaxınlarda real nəticələri görəcəksiniz”,- deyə MB sədri vurğulayıb.
Baş bankir daha sonra deyib ki, Azərbaycanda tam üzən məzənnəyə keçid çox ciddi hazırlıq tələb edir.
“Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır. Bu üzən məzənnə rejimidir. Biz bilirik ki, bazarda tələb-təklif arasında müəyyən disproparsiya var. Tələb təklifi üstələyir. Tam üzən məzənnəyə keçid çox ciddi hazırlıq tələb edir. Plana uyğun olaraq işləyirik”.
Anar Kəlbiyev
AzVision.az