Azərbaycanda bir gündə 2 zəlzələ - (VİDEOXƏBƏR)

Azərbaycanda bir gündə 2 zəlzələ - (VİDEOXƏBƏR)
  13 Dekabr 2016    Oxunub:10390
Bu gün İsmayıllıda ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az- a verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

Dekabrın 13-də İsmayıllıda 4,4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:32-də Pirquludan 15 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.



AzVision.az


Teqlər:  





Xəbər lenti