Xəzərdə faciə: 10 neftçi itkin düşdü - SİYAHI (VİDEOXƏBƏR)

Xəzərdə faciə: 10 neftçi itkin düşdü - SİYAHI (VİDEOXƏBƏR)
  15 Dekabr 2016    Oxunub:40614
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar məlumat yayıb.

AzVision.az xəbər verir ki, məlumata əsasən bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.



***

Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb.

AzVision.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, budkada 10 nəfər işçi olub: “Aldığım ilkin məlumata görə bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itgin düşüb”.

***

(10:21)

“Azneft” İB-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, yaxın dəqiqələrdə hadisə ilə bağlı rəsmi açıqlama olacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti