Koçaryan Ohanyanı Sarkisyana qarşı qaldırır - (VİDEOXƏBƏR)
AzVision.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri məlumat yayıb.
“Ohanyana bütün Koçaryan tərəfdarları tərəfindən siyasi güclərdə mərkəz rolu verilib. Həmçinin yaxın vaxtlarda Ermənistanın hakim Respublika Partiyasının bir sıra üzvlərinin partiyadan çıxacağı və yeni hərəkata qoşulacağı gözlənilir.
Bizdə olan məlumata görə, Vardan Oskanyan Robert Koçaryanı və Viktor Dallakyanı onların hərəkatına qoşulmağın önəmli olduğuna inandırıb. Onda belə çıxır ki, Seyran Ohanyan mövcud siyasi güclərə deyil, əksinə siyasi güclər Seyran Ohanyana qoşulacaq”, - deyə “Jamanak” yazır.
Qeyd edək ki, sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistanın Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın yaratdığı "Üçüncü Respublika" partiyasına rəhbərlik edəcək. Yeni partiyanın Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az