Nail Allahverdiyevi hansı cəza gözləyir? - (VİDEO)
Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bu gün yaydığı məlumata görə, faciəyə səbəb olan “Gelandewagen”in sükanı arxasında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
DİN bəyan edib ki, 2 nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olan sürücü Nail Allahverdiyev cinayət məsuliyyətinə cəlb olunacaq.
Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə görə, qəzaya səbəb olan sürücünü - Nail Allahverdiyevi qanunvericiliyin tələbi ilə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Qəza Nail-Allahverdiyev