Olland Türkiyəyə gedir

Olland Türkiyəyə gedir
  13 Oktyabr 2013    Oxunub:1148
Fransua Olland Türkiyəyə səfər edəcək.
Fransa Prezidenti Fransua Olland yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Azvsison.az "Zaman" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyədə rəsmi səfərdə olan inkişaf və sənaye naziri Arno Montebur deyib.

O, qeyd edib ki, Türkiyə regionun inkişafında vacib rol oynayır: "Türkiyə sənaye, iqtisadiyyat, incəsənət və digər sahələrdə əhəmiyyətli uğurlar əldə edən böyük ölkədir".

Nazirin səfəri zamanı iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə olunub.


Teqlər:





Xəbər lenti