Suriyada avtomobil partladılıb

Suriyada avtomobil partladılıb
  14 Oktyabr 2013    Oxunub:1034
Suriyanın paytaxtı Dəməşqin Əməvi meydanı və Baş qərargahın binası önündə bomba ilə yüklənmiş avtomobil partladılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. İlkin məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Partlayışın külli miqdarda maddi ziyana səbəb olduğu, magistral yolların bağlandığı bildirilir.

Hücum nəticəsində elektrik enerjisinin kəsildiyi və hadisə baş verən yerə çoxlu sayda təcili yardım və yanğın söndürənlər göndərilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti