Qərbi Biryulevoda gərginlik davam edir- bazar bağlanır

Qərbi Biryulevoda gərginlik davam edir- bazar bağlanır
  15 Oktyabr 2013    Oxunub:1338
Qərbi Biryulevo rayonunun yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb.
AzVison.az yerli mətbuata istinadən xəbər verir ki, Moskvanın Qərbi Biryulevo rayonunun yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb. APA-nın Moskva müxbiri xəbər verir ki, yüzlərlə sakin “Biryuza” ticarət mərkəzinin qarşısına yığışıb. Əraziyə çoxlu sayda xüsusi təyinatlı polis dəstələri – OMON cəlb olunub.

Hüquq-mühafizə orqanları vəziyyətin yenidən gərginləşəcəyindən ehtiyat edirlər.

Polisin dağılmaq əmrinə qulaq asmayan aksiya iştirakçıları irqçi şüarlar səsləndirib. O cümlədən hakimiyyətin əleyhinə şüarlar səslənib. “Hakimiyyət, problemi etiraf et, işə başla!”

Ticarət mərkəzinin qarşısına toplaşan sakinlərlə polis arasında qarşıdurma yaranıb. Onlarla aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Birulyovo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edib. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Moskva polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əlavə Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən Pokrov meyvə-trəvəz bazası məhkəmənin qərarı əsasında bağlanacaq. Bu barədə jurnalistlərə açıqlamasında paytaxtın Cənub İnzibati Dairəsinin prefekti Georgi Smoleevski bildirib. Onun sözlərinə görə, Pokrov meyvə-tərəvəz bazasının bağlanması prefektura ilə bağlı deyil: “Baza məhkəmənin qərarı ilə bağlanacaq. Bazanın bağlanılması iddiası ilə “Rospotrebnadzor” çıxış edəcək”.

Qeyd edək ki, “Rospotrebnadzor”un sədr müavini Yelena İqnatova bu gün jurnalistlərə açıqlamasında “Pokrov” meyvə tərəvəz bazasının beş günlüyə bağlandığını bildirib.

Qərbi Biryulevo rayonunda yerləşən bu meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlılar çalışır. Bazarın rəhbərlərindən biri də azərbaycanlıdır.

Oktyabrın 13-də Moskvanın Qərbi Biryulevo rayonunda yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər “Biryuza” Ticarət Mərkəzinə və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.

Moskva polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, “Pokrov” meyvə-tərəvəz bazasında minlərlə azərbaycanlı çalışır.


Teqlər:  





Xəbər lenti