Londonda terror aktı planlaşdıran azərbaycanlı həbs olunub

Londonda terror aktı planlaşdıran azərbaycanlı həbs olunub
  15 Oktyabr 2013    Oxunub:1184
Londonda terror aktı planlaşdıran azərbaycanlı həbs olunub/
London polisi terror aktı hazırlamaqda şübhəli bilinən 4 Britaniya vətəndaşını saxlayıb.

APA-nın «Guardian» qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər arasında 28 yaşlı azərbaycanlı, həmçinin bir türk, bir əlcəzairli və bir pakistanlı var. Hazırda onlar Londonun cənubunda yerləşən təcridxanada saxlanılırlar.

«İki nəfər Oldgeyt rayonunda (paytaxtın şərq hissəsində) polis onların avtomobilini saxlayanda həbs olunub. Onların hər ikisi 25 yaşlı Britaniya vətəndaşı olub, biri əslən Türkiyə, digəri isə Əlcəzairdəndir. Şübhəli şəxs qismində paytaxtın qərbində saxlanan 28 yaşlı şəxs isə azərbaycanlıdır. Polisin yaxaladığı dördüncüsü şübhəli əslən Pakistandandır və o, Londonun cənub-qərbində həbs olunub», - deyə qəzet bildirir.

«Guardian»ın məlumatına görə, saxlanılan şəxslər Nayrobi və Mumbayi şəhərlərindəki ticarət mərkəzlərindəkinə bənzər terror aktları hazırlayıblar.

Xatırladaq ki, sentyabrın sonunda Keniyanın paytaxtında terrorçular ticarət mərkəzində 67 nəfəri, 2008-ci ildə Mumbayi şəhərində 164 nəfəri qətlə yetiriblər.

Bununla yanaşı, qeyd olunur ki, saxlanılan şəxslər uzun müddətdir Britaniya əks-kəşfiyyat xidmətinin (MI5) nəzarətində olublar.

Hazırda polis bir neçə ünvanda axtarış aparır.


Teqlər:





Xəbər lenti