Bəşər Əsəd: “Sülh mükafatı mənə verilməliydi”

Bəşər Əsəd: “Sülh mükafatı mənə verilməliydi”
  15 Oktyabr 2013    Oxunub:1096
Suriya lideri Nobel Sülh mükafatının Kimyəvi Silahları Qadağan edən Təşkilata verilməsini istehzayla qarşılayıb.
2013-cü il Nobel Nobel Sülh mükafatının Kimyəvi Silahları Qadağan edən Təşkilata verilməsi Bəşər Əsədin əsəbləşməsinə səbəb olub. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Livan televiziyasına danışan B.Əsəd istehzayla “Mükafat mənə verilməliydi” deyib.

Ölkəsinin kimyəvi silahın istehsalının 1997-ci ildən dayandırıldığını bildirən Suriya lideri bunun yerinə ordunu raket texnologiyası baxımından gücləndirdiyini qeyd edib.

Qeyd edək ki, 2013-cü ilin Nobel Sülh mükafatı hazırda Suriyada kimyəvi silahların məhvi ilə məşğul olan Kimyəvi Silahları Qadağan edən Təşkilata verilib.

Nobel Komitəsi bu təşkilatın kimyəvi silahların məhvi sahəsində əvəzsiz rol oynadığını və Suriyada kimyəvi silahlardan mülki əhaliyə qarşı istifadə edilməsinin bu kimi silahların məhvini labüd etdiyini bildirib.

Kimyəvi silahlardan istifadə etdiyini etiraf edən Suriya Kimyəvi Silahları Qadağan edən Təşkilata üzv olacağını bəyan edib.

Haaqada yerləşən təşkilat 1997-ci ildə təsis edilib və üzv ölkələr tərəfindən maliyyələşdirilir. 500 işçisi olan qurumun hazırda 100 milyon dollarlıq büdcəsi var.


Sevinc


Teqlər:





Xəbər lenti