Davudoğlu BMT-ni ittiham etdi

Davudoğlu  BMT-ni ittiham etdi
  04 Fevral 2013    Oxunub:2268
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı böhranın irəliləməsində BMT və beynəlxalq cəmiyyəti günahlandırıb.
Məlumata görə, Əhməd Davudoğlu Almaniyada Münhen Təhlükəsizlik Konfransında Suriya münaqişəsi üzrə keçirilən iclasda çıxış edərək Suriyada 2 il əvvəl başlayan problemin beynəlxalq cəmiyyətin vaxtında tədbir görməməsi nəticəsində bu qədər davam etdiyini vurğulayıb.
Suriyadakı böhranı həll etmək üçün Bəşər Əsəd rejimini uzun müddətdir razı salmağa çalışdıqlarını qeyd edən Ə.Davudoğlu deyib: "Suriyada xalq və ordunu qarşı-qarşıya gətirən məsuliyyətsiz bir rəhbərlik var. Ərəb Birliyi dövlətləri, Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin liderliyi ilə güclü cəhdlər oldu. Türkiyə də onları dəstəklədi. Qonşu ölkə olaraq 10 ay rejim ilə əlaqə saxladıq və razı salmağa çalışdıq. Ancaq təəssüf ki, beynəlxalq cəmiyyət vaxtında və kifayət qədər reaksiya göstərmədi”.


Teqlər:  





Xəbər lenti