İslamın düşməni müsəlman oldu

İslamın düşməni  müsəlman oldu
  05 Mart 2013    Oxunub:1629
Hollandiyada radikal sağçı və İslam düşməni olan siyasətçi Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının keçmiş üzvlərindən biri Arnoud Van Doorn müsəlman olub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Arnoud Van Doorn "Twitter" səhifəsində "yeni bir başlanğıc" haqqında yazıb, daha sonra ərəbcə kəlməyi şəhadət gətirib. Van Doornun həqiqətən müsəlman olub - olmaması ölkənin gündəminin əsas mövzusuna çevrilib.

Van Doorn bəzilərinin onu xain kimi qiymətləndirdiyini, çoxlarının isə onun bu qərarına hörmətlə yanaşdığını deyib. "Hər kəs kimi mən də həyatımda müəyyən səhvlər etmişəm. Bu səhvlərdən çox şey öyrənmişəm. Bunun yeni başlanğıc olduğunun və çox yeni şeylər öyrənməli olduğumu bilirəm. Allahın məni bu çətin anlarda dəstəkləyib, yol göstərəcəyindən əminəm".



Teqlər:  





Xəbər lenti