İvanişvili dilinə yiyə durmur - VİDEO

İvanişvili dilinə yiyə durmur - VİDEO
  18 Oktyabr 2013    Oxunub:1328
Bu günlərdə ermənilərə olan sonsuz sevgisindən danışan Gürcüstan baş naziri Bidzina İvanişvili siyasətçiyə xas olmayan sözləri ilə yenə də gündəmdədir. Amma bu dəfə onu tənqid yox dediyi söz ucbatından məhkəmə gözləyir.
AzVision.az “georgiatimes” saytına istinadən xəbər verir ki, prezidentliyə namizəd Qeorqiy Tarqamadze baş naziri məhkəmə ilə hədələyib. Namizədin B.İvanişvilinin ona ünvanladığı `satqınlıq etalonu` sözü xoşuna gəlməyib və baş naziri məhkəməyə vermək qərarına gəlib.

Tarqamadze `Gürcüstan arzusu` partiyasının liderin satqın sözünün tam mənasın başa düşmədiyini deyir. Buna görə də prezidentliyə namizəd əlindən gələni edəcəkdir ki, bu sözün mənasın ona məhkəmədə başa salsınlar.

Qeyd edək ki, vəzifəyə gələn ilk gündən dilinin bəlasına düşən İvanişvilinin bu tip sözləri çox olub. Bu yaxınlarda isə dil qəhrəmanı İvanişvili prezident seçkilərində namizədliyini irəli sürmüş Leybaristlər partiyasının lideri Şalva Natelaşvilini təlxək adlandırıb. Maraqlıdır görən siyasi rəqibləri onu necə adlandırır? Çox gümanki İvanişvilinin rəqibləri arasında ləqəbi onun dilinə yiyə durmaması ilə əlaqədar olar.




Teqlər:  





Xəbər lenti