Azərbaycanın BMT-də daimi üzlük müddəti bitdi

Azərbaycanın BMT-də daimi üzlük müddəti bitdi
  18 Oktyabr 2013    Oxunub:1195
BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvlüyünə növbəti seçkilər keçirilib.
APA-nın BMT mətbuat xidmətinə istinadən xəbərinə görə, Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili 1 yanvar 2014-cü ildən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olacaqlar.

Onlar Mərakeş, Toqo, Pakistan, Azərbaycan və Qvatemalanı əvəzləyəcəklər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir. 10 qeyri-daimi üzvlər isə Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i dəyişdirilir.


Teqlər:





Xəbər lenti