`Hürriyet` Azərbaycanın ərazi bütövlüyünü pozdu

`Hürriyet` Azərbaycanın ərazi bütövlüyünü pozdu
  18 Oktyabr 2013    Oxunub:1243
XİN Dağlıq Qarabağın müstəqil respublika kimi təqdim edilməsi ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndərəcək

Türkiyənin “Hürriyet.com” saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxılb. Qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi bolk açılır. Seçim imkanı verilən ölkələrin sırasında qondarma Dağlıq Qarabağ Respublikasının da adı var.

Həmin səhifəni BURADAN görmək olar.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.

“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, - deyə Elman Abdullayev bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti