Prezident qızları arasında “ədavət” artır

Prezident qızları arasında “ədavət” artır
  19 Oktyabr 2013    Oxunub:1943
Prezidentin qızı atası ilə ildə cəmi 3 dəfə görüşür.
Özbəkistan prezidentinin iki qızı arasında uzun illərdir davam edən ədavət yenidən qızışdı. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, prezident İslam Kərimovun sağ qolu kimi tanınan böyük qızı Gülnarə Kərimova İnstagram səhifəsində “ailənin bir hissəsi dövlətə xidmət edir, falçılarla dost olan digər hissəsi isə zərər verir”-deyə, bacısı Lola Kərimovaya söz atıb.

G. Kərimova ondan 5 yaş kiçik olan bacısı Lolanı öz hesabına pul köçürmək və dini əsərlərə zərər verməkdə ittiham edir.

Gülnarə Kərimovadan fərqli olaraq, ictimaiyyət arasında çox görünməyən Lola Kərimova-Tillayeva ötən ay BBC Özbək-ə verdiyi müsahibəsində iki bacı arasında uzun illərdir ədavət yaşandığını bildurub.
Özbəkistanın UNESKO-nun Daimi nümayəndəsi olan Lola əri və 3 uşağı ilə Cenevredə yaşayır. O, BMT-nin Daimi Nümayəndəsi olan bacısı Gülnarə Kərimova ilə 12 ildir ki, danışmır. Ailə məclislərində yan-yana gəlmirlər. Həmçinin Lola bacısının İ.Kərimovun xələfi olma ehtimalının da olmadığını bildirmişdi.

Atası ilə də arası yaxşı olmayan Lola Kərimova ildə cəmi 3 dəfə atası ilə görüşür.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti