Spikerinin ailəsi korrupsiyada günahlandırılır
Prezident əmək nazirinin impiçmenti əleyhinə çıxış edib və spiker Əli Laricaninin ailəsini korrupsiyada günahlandırıb. Qanunverici orqanın iclası başından sonunadək qarşılıqlı istehza və etirazlarla müşayiət edilib. Parlamentin 192 deputatı İslam Respublikasının əmək naziri Əbdülrza Şeyxülislaminin azad olmasını tələb edib, 56 millət vəkili isə bunun əleyhinə olub.
Seyxülislami, Səid Mürtəzavinin ölkənin baş prokuroru vəzifəsinə qeyri-qanuni olaraq təyin etməkdə ittiham olunur. Qeyd edək ki, Səid Mürtəzavi İran həbsxanalarında məhbusların öldürülməsi faktlarına göz yummaqda günahlandırılır.
Bununla yanaşı Mahmud Əhmədinecat bəyan edib ki, onun əlində spikerin qardaşı Fazil Laricani ilə Mürtəzavi arasında gizli söhbətinin yazısı var. Səs yazmasından bəlli olub ki, spikerin ailəsi , Laricaninin 5 qardaşı müəyyən gəlir əldə etmək üçün vəzifələrindən sui istifadə ediblər.
İran prezidentinin sözlərinə görə Mürtəzavi qardaşlarının təsirindən yararlanaraq bəzi şirkətləri onlara işləməyə məcbur edə biləcəyini deyib.
Teqlər: