Türkiyə Çinlə birgə raket istehsal edəcək

Türkiyə Çinlə birgə raket istehsal edəcək
  19 Oktyabr 2013    Oxunub:1189
İlin sonunda Türkiyə Çinlə uzaqmənzilli raketlərin yaradılması ilə bağlı saziş imzalayacaq.
İlin sonunda Türkiyə Çinlə uzaqmənzilli raketlərin yaradılması ilə bağlı saziş imzalayacaq. Bu barədə Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsi xəbər yayıb.

Qeyd edək ki, Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə Çinin "CPMIEC" şirkəti qalib gəlib.

Qəzetin məlumatına görə, uzaqmənzilli raketlər Çin şirkəti ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılacaq.

Nəşr bildirir ki, FD-2000 tipli raketin yaradılmasını nəzərdə tutan Çinin "CPMIEC" şirkətinin layihəsi texniki cəhətdən Rusiya, Amerika və Fransa-İtaliya şirkətlərinin təkliflərindən üstün olub.

FD-2000 tipli raketlər iki kilometr hündürlüyə qalxa və 100 kilometr uzaqlıqda hədəfi vurmaq imkanına malikdirlər.


Teqlər:  





Xəbər lenti