Suriya Gömrük İttifaqına qoşulacaq

Suriya Gömrük İttifaqına qoşulacaq
  21 Oktyabr 2013    Oxunub:1334
Suriya hökuməti Gömrük İttifaqına qoşulmaq istəyini bəyan edib.
Rusiyada səfərdə olan Suriyanın baş nazirinin müavini Kadri Cəmil ölkəsinin Gömrük İttifaqına(Gİ) qoşulmaq niyyətində olduğunu bildirib.

Baş nazirin müavini qeyd edib ki, ölkəsi ittifaqa qoşulmağa iddialıdır və bu istiqamətdə fəal iş aparır. Lazım olan bütün sənədlər hazırdır. Onun sözlərinə görə, hazırda rəsmi Dəməşq ittifaqa qoşulmaqla bağlı Belarus Respublikası və Qazaxıstanla danışıqlar aparır, rusiyalı tərəfdaşları ilə danışıqlar isə artıq yekunlaşıb.

“Bu ittifaq Suriya üçün iqtisadi mübadilə, eləcə də qlobal miqyasda yeni əlaqələr baxımından olduqca əhəmiyyətlidir”-deyə Cəmil bildirib.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti