Sobyanin: Miqrantlar üçün xüsusi rejim tətbiq olunacaq

Sobyanin: Miqrantlar üçün xüsusi rejim tətbiq olunacaq
  21 Oktyabr 2013    Oxunub:1238
Serqey Sobyanin: Moskva şəhəri və vilayətində miqrantlar üçün xüsusi rejimin tətbiqi mümkündür.
Moskva şəhər meri Sergey Sobyanin paytaxtda və Moskva vilayətində miqrantlara münasibətdə xüsusi rejimin tətbiq olunmasının mümkün olduğunu bildirib.

“Kommersant-Vlast” jurnalına müsahibəsində Moskva meri deyib ki, federal səviyyədə mövcud olan qaydalardan fərqli xüsusi rejimin tətbiqi nəzəri cəhətdən heç də pis olmazdı:

“Moskvada 500-600 min, yaxınlıqdakı Moskva vilayətində isə 2 milyona yaxın miqrant yaşayır. Miqrantların sayını da nəzərə alsaq, bu cür dəyişikliklərin tətbiqi mümkündür. Lakin məsələ burasındadır ki, ölkə daxilində vahid iqtisadi rejim mövcuddur. Buna görə də ölkə daxilində hansısa sərhədlər çəkmək çox çətindir və ya digər məhdudiyyətlərin tətbiqi çətindir.

S. Sobyanin viza rejiminin tətbiqini də prinsipcə mümkün sayır: “

Viza rejimində dəyişikliklər vacibdir. Lakin bu sahədə məhdudiyyətlərin qoyulması MDB ölkələri ilə iqtisadi əlaqələrə mənfi təsir göstərə bilər. Yenə də gediş -gəlişdə xüsusi qaydaların tətbiqi labüddür və bu yöndə irəliləmək ölkənin geosiyasi mövqeyi üçün əlverişlidir.

Hesab edirəm ki, giriş-çıxışların daha sərt tənzimlənməsi istiqamətində irəliləmək lazımdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti