ABŞ Fransa vətəndaşlarını dinləyirmiş

ABŞ Fransa vətəndaşlarını dinləyirmiş
  21 Oktyabr 2013    Oxunub:1242
Snouden Amerika xüsusi xidmət orqanlarının daha bir sirrinin üstünü açdı.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları Fransa vətəndaşlarının telefon danışıqlarını dinləyirmiş. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin jurnalistlərə ötürdüyü materiallardan məlum olub.

AzVision.az-ın “Le Monde”jurnalına istinadən verdiyi məlumata görə, ABŞ,10 dekabr 2012-ci ildən 8 yanvar 2013-cü il tarixinədək Fransa vətəndaşlarının 70.3 milyon telefon danışığını dinləyib.

ABŞ-ın xəfiyyəlikdə məqsədi terrorçu qruplaşmalarla əlbir olan şəxsləri araşdırmaq, eləcə də iş adamlarının, siyasətçilərin və Fransa hökumət nümayəndələrini izləmək olub.
Fransa tərəfi ABŞ –ın bu addımının qəbuledilməz olduğunu bildirib.

“Müttəfiq ölkənin bu cür davranışına göz yuma bilmərik”-deyə Fransanın daxili işlər naziri Manuel Vals `Europe 1` telekanalı vasitəsilə bəyan edib.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti