Hamilə qadınla Obamanın macərası-VİDEO

Hamilə qadınla Obamanın macərası-VİDEO
  22 Oktyabr 2013    Oxunub:1225
Obama: “O qədər çox danışdım ki, qadın özünü saxlaya bilmədi”
ABŞ prezidenti Barak Obama hamilə qadına görə nitqini yarıda kəsməyə məcbur olub. Daha öncə rastlanmamış bu hadisə Ağ Evdə prezidentin sağlamlıq islahatları haqqında çıxışı zamanı baş verib. Ağ Ev rəhbərinin təxminən 30 dəqiqəlik çıxışı əsnasında zalda olan bir hamilə qadın qəfildən huşunu itirərək yıxılıb. Bunu görən Barak Obama dərhal özünü ona yetirərək yıxılmağa qoymayıb. Daha sonra zaldakıların köməyilə qadını çölə çıxarıb yardım göstəriblər.

Barak Obama bu dəfə də zarafatından qalmayıb: ”O qədər çox danışdım ki, qadın dayana bilmədi, amma yenə də yaxşı tutdum” deyərək çıxışına davam edib.

Sonradan hadisənin səbəbkarı Karmel Alison öz Twitter səhifəsində başı gicəlləndiyindən bu hala düşdüyünü bildirib. Hazırda səhhəti ilə bağlı heç bir problemi olmadığını deyən Karmel prezidentə təşəkkür edib: ”Çox sağ olsun ki, məni tutdu”

Ləman Əzizli
AzVision.az





Teqlər:  





Xəbər lenti