Beynəlxalq qalmaqal: Merkel Obamadan izahat tələb etdi

Beynəlxalq qalmaqal: Merkel Obamadan izahat tələb etdi
  25 Oktyabr 2013    Oxunub:1108
Kansler Milli Təhlükəsizlik Agentliyinin nəzarətində: Merkel Obamadan izahat tələb etdi.
Berlində Vaşinqtonun nə üçün Angela Merkelin mobil telefonunu dinləməsi barədə izahat tələb edirlər. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Ağ Evdə əmin ediblər ki, A.Merkeli hazırda heç kəs nə dinləyir, nə də izləyir. Lakin bu cavab, görünür, Almaniya vətəndaşlarını qane etməyib.

Angela Merkel telefon söhbətində ABŞ Prezidentindən izahat tələb edib. AFR hökumətinin rəsmi nümayəndəsi Stefen Zaybert deyib ki: “Yaxın dostlar və tərəfdaşlar arasında (onilliklər boyu Almaniya və ABŞ arasında məhz belə münasibətlər olub) dövlət başçılarının söhbətlərinin dinlənilməsi yolverilməzdir. Bu etimaddan sui-istifadədir. Belə praktika dərhal dayandırılmalıdır”.

Xoşagəlməz söhbətin olması faktını təsdiq edən Ağ Evdən bildiriblər ki, Barak Obama Angela Merkeli sakitləşdirməyə çalışıb.

Ağ Evin mətbuat katibi Cey Karni deyib ki: “Sizə məlumat verib bildirirəm ki, prezident xanım kansleri inandıra bilib ki, Birləşmiş Ştatlar onun söhbətini dinləməyib və gələcəkdə də bunu etməyə hazırlaşmır.

Amma “dinləmirik və dinləməyəcəyik” cavabı çətin ki, Almaniyanı qane etsin. Axı, əvvəllər, görünür, dinləyib və izləyiblər. Vaşinqtonun məntiqindən belə çıxır ki, ABŞ Angela Merkelin hərəkətlərinin vətəndaşların təhlükəsizliyi üçün qorxu yaratmasından şübhələnirdi. Axı, amerikalıların fikrincə, qlobal izləmə layihəsi yalnız belə təhlükənin üzə çıxarılması üçün düşünülüb.

Amma indi milyonlarla şəxsi və korporativ yazışmanın açılması faktının üzə çıxmasından sonra Obamaya və Mərkəzi Kəşfiyyat İdarəsinə kim inanar? Avropalılar əsla. Fransa, İspaniya, İtaliya, Hollandiya və Almaniya qəzetləri Amerikanın dövlət katibi Kerrinin Londona və Romaya səfərini yeni ifşalarla təsadüfən müşayiət etmir.

Fransa Prezidenti Fransua Olland ABŞ-ın casusluğunun Avropa İttifaqının zirvə görüşündə müzakirə olunmasını təklif edib. Angela Merkel bu söhbətə əvvəl də etiraz etmirdi. İndi isə yəqin ki, bu danışıqdan başqalarının da yayınmasına imkan verməyəcək. Braziliya Prezidenti Dilma Rusef kimi kanslerin də inciməyə səbəbi var.

A.Merkel telefonunu hələ sentyabr ayında dəyişmişdi. Almaniyanın xüsusi xidmət orqanları ölkənin ən iri mobil operatorları ilə birlikdə hökuməti Koreya istehsalı olan aparatlarla təmin etmiş, irəlicədən həmin aparatları müstəqil şifrələmə qurğusu ilə təchiz ediblər.


Teqlər:  





Xəbər lenti