Əvvəl Rusiya indi də Amerika miqrantlara ilişir - VİDEO

Əvvəl Rusiya indi də Amerika miqrantlara ilişir - VİDEO
  25 Oktyabr 2013    Oxunub:1279
Obama Konqresi ilin sonunadək immiqrasiya islahatları keçirməyə çağırıb.
AzVision.az Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Konqresi ilin sonunadək immiqrasiya islahatları keçirməyə çağırıb. Obama alqışlar içində qeyd edib ki, bu reformalar ABŞ-ın ÜDM-nin artımına səbəb olacaq.

"Müstəqil iqtisadçılar göstərdilər ki, əgər Konqresdəki layihə qanun şəklini alarsa, gələcək onillikdə ABŞ iqtisadiyyatı 1.4 trilyon dollar artacaq. O defisiti trilyon dollaradək azaldacaq" -deyə Obama əlavə edib.



Qeyd edək ki, Birləşmiş Ştatların əsas əhali artımı ölkə yaranandan miqrasiya vasitəsilə edilib. Hazırda ölkəyə əsas miqrantlar Meksika, Hindistan və Filippindən olur. Son vaxtlar isə əlbətdəki bu sıraya Çində daxil olub. Təkcə 2010-cu ildə Birləşmiş Ştatlara 14 milyon miqrant axını olub.

Xatırladaq ki, miqrantlarla pis davranışa görə Birləşmiş Ştatlar bir çox insan haqqları təşkilatlarının qınaq obyekti olub.




Teqlər:  





Xəbər lenti