Ermənistan Gömrük İttifaqına rəsmən qəbul olundu

Ermənistan Gömrük İttifaqına rəsmən qəbul olundu
  25 Oktyabr 2013    Oxunub:1267
Rusiya, Belarus və Qazaxıstan prezidentləri Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Zonaya qoşulmasına qərar veriblər.

Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclası başa çatıb. İclasın yekunu olaraq Rusiya, Belarus və Qazaxıstan liderləri, sənədlər paketi imzalayıb. Paketə Avrasiya inteqrasiya prosesində Ermənistanın iştirakını təsdiqləyən sənəd də daxil edilib.

3 ölkənin prezidentləri, Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Zonaya qoşulmasına qərar veriblər. Bu barədə AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir.

Ali Avrasiya İqtisadi Şurasının toplantı iştirakçıları Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında saziş imzalanmaq niyyətində olduqlarını bir daha təsdiq ediblər.

Minskdə keçirilən mətbuat konfransında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Avrasiya İqtisadi Birliyinin öz işinə 2015-ci il yanvar ayının 1 –də başlayacağını bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti