“Su xəttinin zədələnməsi qaz çəkilişi ilə bağlı deyil” - “Azəriqaz”

“Su xəttinin zədələnməsi qaz çəkilişi ilə bağlı deyil” -    “Azəriqaz”
  07 İyul 2020    Oxunub:4121
Hövsan ərazisində, xüsusilə də kənd Hövsanda içməli su ilə bağlı yaranan problemin “Azəriqaz”la hər hansı əlaqəsi yoxdur.
Azvision.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Hövsanda qaz xətti çəkən şirkətin magistral su xəttini zədələməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən su xəttinin zədələnməsində “Azəriqaz” və yaxud hər hansı qaz çəkilişi ilə məşğul olan podratçı təşkilatın əlaqəsi yoxdur: “Bu su xətti başqa səbəbdən zədələnib, həmin ərazidə suyun olmaması isə bu xəttin zədələnməsi ilə bağlıdır. Qaz təsərrüfatı ilə məşğul olan təşkilat bu xətti zədələməyib. Ümumiyyətlə, hazırda “Azəriqaz” Hövsanda hər hansı qaz xəttinin çəkilişi ilə məşğul deyil. Bir müddət əvvəl orada təmir-tikinti işləri aparmışıq, amma o işləri başa çatdırmışıq”.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti