“Azərenerji” və “Azərişıq” xüsusi rejimdə çalışır
"Baxmayaraq ki, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondinsioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq “Azərenerji” və “Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldılıb. Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər", - deyə məlumatda vurğulanıb.
Azvision.az
Teqlər: Azərenerji Azərişıq