Fermerlərə 214 milyon manata yaxın subsidiya ödənilib

Fermerlərə 214 milyon manata yaxın subsidiya ödənilib
  07 İyul 2020    Oxunub:3163
Azərbaycanda payızlıq əkin üzrə 334 676 fermerə 164,75 mln. manatdan çox subsidiya ödənilib.
Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Azvision.az -a bildirilib ki, ümumilikdə, 339 700 fermer tərəfindən bəyan edilən payızlıq əkin üçün 1 015 847 hektar ərazi üzrə təsdiqlənən bəyanların sayı 644 647 ədəd təşkil edib.

AKİA-dan həmçinin bildirilib ki, 44 452 fermer tərəfindən 121 012 hektar yazlıq əkin əraziləri bəyan edilib ki, onlardan 72 438-i təsdiqlənib. Yazlıq əkin üzrə 34 804 fermerə 18,63 mln. manatdan çox subsidiya ödənilib. Əlavə olaraq, 60 995 fermer tərəfindən 110 645 hektar çoxillik əkin əraziləri bəyan edilib ki, onlardan 122 748-i təsdiqlənib. Çoxillik əkin üzrə 57 157 fermerə 30,39 mln. manatdan çox subsidiya ödənilib.

"Beləliklə, fermerlərə payızlıq, yazlıq həm də çoxillik əkin üzrə ümumi olaraq 213,79 mln. manatdan çox subsidiya ödənilib", - deyə Agentlikdən qeyd ediblər.

Xatırladaq ki, 2020-ci ilin subsidiya məbləği 241 mln. manat təşkil edir. Bu günə ümumilikdə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 505 245 fermer qeydiyyatdan keçib.

Azvision.az



Teqlər: Fermer  





Xəbər lenti