AZAL-dan sərnişinlərə müraciət

AZAL-dan sərnişinlərə müraciət
  10 İyul 2020    Oxunub:2982
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xüsusi və çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.
Azvision.az xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda bildirilib.

"Aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.

"Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.

AZAL həmçinin, provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə qeyd olunub.

Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti