Azərbaycan 110-dan çox ölkəni geridə qoydu - Davamlı inkişaf və böyük uğur
"Eyni zamanda, Azərbaycanın orta balı region üzrə və Mərkəzi-Şərqi Avropa, Orta Asiya regionu üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda Mərkəzi-Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsidir. Bu, eyni zamanda beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır".
İqtisadçı deputat qeyd edib ki, həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişaf etdirilməsi, eləcə də dayanıqlılığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır.
"2019-cu ildə Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. O paketlər həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Orta aylıq əmək haqqı və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı ki, bu da xüsusən sosial indekslərin yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri və qlobal bazarlarda, o cümlədən neft bazarında dəyişmələrin olmasına baxmayaraq, sosial layihələr icra olunmaqdadır. Sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə on göstərir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetidir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafını davam etdirməsi üçün zəmin yaradır. İslahatlar, həmçinin yoxsulluq səviyyəsinin kəskin azalmasına, vətəndaşlarımız üçün sosial təminat mexanizminin gücləndirilməsinə gətirib çıxarıb".
V.Bayramov əlavə edib ki, Azərbaycanın davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərli ilə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.
Qeyd edək ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Belə ki, ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub.
Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci, Türkmənistan isə 114-cü mövqedədir.
Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9 baldır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Hesabat BMT İqtisadiyyat İnkişaf