Yaxın günlərdə banklarla bağlı qərar açıqlanacaq

 Yaxın günlərdə banklarla bağlı qərar açıqlanacaq
  13 İyul 2020    Oxunub:2892
"Müflis elan edilən banklarda blok olunmuş əmanətlər ilə bağlı Baş Nazir Konstitutsiya Məhkəməsinə sorğu göndərib. Nazirlər Kabinetinin sözügedən məhkəməyə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə müvafiq qanuna şərh verilməsinin zəruriliyi əsaslandırılır".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, irəli sürdüyü təklifin hökumət tərəfindən dəyəndirilməsi müsbət hal olmaqla yanaşı, bu məsələnin həllini tapması bank sekoruna olan inamın qorunub saxlanması baxımdan da vacibdir:

"Əvvəllər də qeyd etdiyimiz ki, depozit qəbulu qadağan olunmuş bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil. O baxımdan da, Baş Nazirin bu məsələ ilə bağlı sorğu göndərməsi təqdirəlayiqdir. Yaxın günlərdə məhkəmə məsələ ilə bağlı öz qərarını açıqlayacaq. Güman olunur ki, bu qərardan sonra vətətdaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər. Bütövlükdə, bu məsələ bir daha bank nəzarətinin daha da gücləndirilməsi və əmanətlərin sığortalanmasında yeni mexanizminin tətbiqini gündəmə gətirir".

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti