Tətbiqdə gündəlik olaraq koronavirus pandemiyası ilə bağlı ölkədəki cari statistika ilə yanaşı, həm də istifadəçilərin koronavirusa yoluxma ehtimalını müəyyənləşdirən sistem mövcuddur. Belə ki, əgər istifadəçi son 14 gün ərzində xəstəliyə yoluxmuş şəxslə ünsiyyətdə olubsa, tətbiq bununla bağlı şəxsə bildiriş göndərir və müvafiq testdən keçməyə dəvət edir. Bu, koronavirusa yoluxan xəstələrin ilkin mərhələdə aşkarlanıb müalicə almasına və yoluxma hallarının azalmasına kömək edəcək. Tətbiqi Playstore və Appstore platformalarından yükləmək mümkündür.
“Nar” abunəçilərini pandemiya dövründə xəstəliklə bağlı yalnız ilkin mənbədən alınmış məlumatlara əsaslanmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə çağırır.
Azvision.az