Bərdədə saxta araq istehsal edən müəssisə aşkarlandı
Reyd zamanı ümumi sayı 68 ədəd aksiz markalı, 3 ədəd aksiz markasız müxtəlif həcmli saxta alkoqollu içkilər, 24 ədəd xammal kimi istifadə olunan hər biri 1litr həcmində olan 95 %-li tibbi spirt, 88 ədəd saxta aksiz marka, 17 ədəd saxta “Mamedoff” etiketləri və müxtəlif brend markalı içkilərə məxsus 308 ədəd boş alkoqollu içki butulka və 378 ədəd qapaqlar, habelə saxta alkoqollu içkilərin hazırlanmasında su ilə spirtin qarışdırılmasında istifadə edilən plastik çəllək aşkarlanaraq müsadirə edilib.
İçkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Azvision.az
Teqlər: AQTA