Ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb
  21 İyul 2020    Oxunub:2880
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 765,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 187,5 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 84,8 milyon manat olub və ümumi kredit portfelinin 7,4 faizini təşkil edib.

Azvision.az



Teqlər: Kredit  





Xəbər lenti