"Nar" abunəçilərin sorğularını operativ cavablandırmaqdadır

"Nar" abunəçilərin sorğularını operativ cavablandırmaqdadır
  21 İyul 2020    Oxunub:2820
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejiminin tətbiq edildiyi 3 ay müddətində “Nar” mobil rabitə operatorunun 777 Çağrı Mərkəzinə 1,4 milyona yaxın sorğu daxil olub.
Bundan başqa, abunəçilərə evdən çıxmadan həm hesablarını daha asan idarə etməyə imkan verən, həm də müştəri xidməti funksiyasını yerinə yetirən “Nar+” tətbiqinin onlayn çat xidmətinə son 3 ayda 76 mindən artıq sorğu daxil olub. Bu isə karantin rejimindən əvvəlki 3 ayla müqayisədə 3 dəfədən çoxdur.

Mobil operator rəsmi sosial media səhifələri (“Facebook”, “İnstagram” və “Twitter”) vasitəsilə də operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edir. Əvvəlki dövrlərlə müqayisədə karantin rejimi müddətində “Nar”ın sosial media kanallarına 57 minə yaxın abunəçinin sosial media səhifələrinə ünvanladığı sorğulara dərhal cavab verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” səyyar xidmətlər göstərməkdə davam edir. “Səyyar Nar” layihəsi çərçivəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən "Nar" mərkəzlərində göstərilən xidmətləri birbaşa ünvanlarında əldə edə bilərlər. Qeyd edək ki, 3 ay ərzində “Səyyar Nar” layihəsi çərçivəsində 200-dən çox müştəriyə evində xidmət göstərilib. Bundan başqa, yeni “Nar” abunəçisi olmaq istəyənlər istədikləri nömrəni www.narsim.az veb-saytından seçə bilər və nömrə birbaşa abunəçinin evinə çatdırılır. Səyyar nömrə xidməti ilə 2500-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırılıb.

Qeyd edək ki, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” müştərilərinin müraciətlərini operativ şəkildə və fasiləsiz cavablandırmaqdadır. Abunəçilərinin evdən çıxmaması üçün mobil operatorun onlayn kanalları və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Azvision.az


Teqlər: Nar  





Xəbər lenti