Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiya
KOBİA-dan Azvision.az -a bildirilib ki, iyulun 21-də Bakıda, həmçinin Abşeron, Lənkəran və Masallı rayonlarında keçirilən aksiya zamanı KOB dostları və könüllülər vətəndaşların daha çox olduqları xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər. Ümumilikdə iyul-avqust ayları ərzində təşkil olunacaq aksiya çərçivəsində ölkənin 20-yə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanması nəzərdə tutulur.
Azvision.az
Teqlər: KOBİA