Bu il ən az ixrac əməliyyatları mayda aparılıb

Bu il ən az ixrac əməliyyatları mayda aparılıb
  22 İyul 2020    Oxunub:3429
Cari ildə Azərbaycanda ən az ixrac əməliyyatları may ayında aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 6 ayında ölkədə ixracın dəyəri 7 milyard 686,2 milyon dollar olub.

Azvision.az


Teqlər: GömrükKomitəsi  





Xəbər lenti