İyul ayı üzrə ödənişlər başa çatdırıldı

 İyul ayı üzrə ödənişlər başa çatdırıldı
  22 İyul 2020    Oxunub:3849
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl iyulun 15-dək bu ayın bütün pensiyaları, o cümlədən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti