Azərbaycanın MDB ölkələrinə məhsul ixracı artıb

Azərbaycanın MDB ölkələrinə məhsul ixracı artıb
  23 İyul 2020    Oxunub:2994
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 710 milyon 830 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 102,1 milyon dollar çoxdur.

Bu ilin 6 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 302 milyon 533 min dollar olub.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti