Neft Fondu: Yarım ildə 4 milyard dollardan çox vəsait satılıb
ARDNF cari ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını ( https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf ) ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilib ki, iyulun 1-nə ARDNF-in aktivlərinin tərkibinə digər valyutalarla yanaşı 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-in Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcək.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bir daha bildirmək istərdik ki, ARDNF fəaliyyəti barədə məlumatları daim ictimaiyyətə açıqlayır və bu prosesi davam etdirəcək. Fond hər zaman ictimaiyyətin və media nümayəndələrinin suallarını cavablandırmağa hazırdır.
Azvision.az