AQTA 76 obyektdə pozuntu aşkarladı
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Endi”, “Anar”, “Seyid”, “Davud”, “Delfin” marketlər, Musayev İlham Qəzənfər oğluna, Abbasova İlhamə Cavanşir qızına, Nəsirov Vidadi Fəsi oğluna, Əhmədov İlqar Qiyas oğluna, Həsənov Eldar Abbas oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonunda “Sədəf”, “Tatlı” və “Mircəlal” marketlər
◾ Qusar rayonunda Döyüşov Mirzə Bulyamin oğluna, Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına, Əliyev Ruslan Balabəy oğluna, Şıxmətova Ofelya Mövluddin qızına və Verdixanov Mübariz Eygün oğluna məxsus kafelər
◾ Ağsu rayonunda Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası
◾ Göyçay rayonunda Vəliyev Əkrəm Sabir oğluna, Nəbiyev Kənan Allahverən oğluna, Yaqubov Şahin Ənvər oğluna, Həmidov Qurban Elsevər oğluna, Mikayılov Mikayıl Elçin oğluna məxsus ərzaq mağazaları, Abdulrahmanov Famil Vaqif oğluna, Kərimov Qalib Saab oğluna məxsus yeməkxanalar
◾ İsmayıllı rayonunda “İvanovka”, “Sərin” kafelər, Ələsgərov Pirmət Əfsər oğluna məxsus ərzaq mağazası, “İvanovka” market
◾ Kürdəmir rayonunda “Qızılgül”, “Elmar”, “Hikmət”, “Şah” kafelər, “Bakı” restoranı, “Fikrət” və “Samir” marketlər
◾ Salyan rayonunda “Hacıoğlu katering” MMC-yə məxsus restoran, Məmmədov Samir Balakişi oğluna məxsus ərzaq mağazası
◾ Mingəçevir şəhərində “Bəhmənli”, “Sok”, “Fərid”, “Qafqaz” marketlər, Əliyev Elşan Şirin oğluna, Mustafayev Rəşad Vaqif oğluna, Əliyeva Vəfa Cəlal qızına məxsus ərzaq mağazaları, Həsənov Telman Hüseyn oğluna məxsus şərab evi
◾ Qəbələ rayonunda “Sahib” market
◾ Zaqatala rayonunda Qurbanov Alim Elmin oğluna məxsus ət satışı mağazası, Murtuyev Sabir Qurban oğluna məxsus kafe
◾ Oğuz rayonunda Abbasov Fariz Abdulhəmid oğluna məxsus ərzaq mağazası
◾ Yardımlı rayonunda Quluzadə Məftun Qulu oğluna və Babayev Adil Əlövsət oğluna məxsus kafelər
◾ Lənkəran şəhərində Bəşirov Ruslan Baba oğluna, Ağayev Ədalət Rəsul oğluna məxsus kafelər
◾ Cəlilabad rayonunda Əmirov Xalid Saroğlan oğluna məxsus kafe
◾ Gəncə şəhərində “Seymur”, “Cavid”, “Röya”, “Gəncəm”, “Promat” MMC-yə məxsus marketlər, Qurbanov Sərxan Elvin oğluna məxsus ərzaq mağazası
◾ Qazax rayonunda “Damcılı”, “Günəş”, “İstanbul” kafelər, “Sərfəli”, “Əsədoğlu”, “Göyçə”, “Samur” ərzaq mağazaları
◾ Ağstafa rayonunda “Sərinlik” kafe
◾ Şəmkir rayonunda Namazov Malik Nəbi oğluna və Məmmədov Eldəniz Müsəllim oğluna məxsus ət satışı mağazaları
◾ Ucar rayonunda Əhmədov Adil Abı oğluna və Həmidov Məhəmmədli Həsən oğluna məxsus ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Azvision.az
Teqlər: AQTA